Xəbər Lenti
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
27 Şub 01:48Cəmiyyət
Dövlət Məşğulluq Agentliyi bu ilin iki ayında 1300-dən çox şəxsi peşə hazırlığına cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən fevral ayında daha 981 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 541 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 440 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Hazırda agentlik peşə hazırlığının təşkili sahəsində 60 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edir.
Kurslarda dərzi, IT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, mühasib, xalçaçı, insan resursları mütəxəssisi, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Kursları uğurla bitirənlərin məşğulluğuna da dəstək göstəriləcək.
Ümumilikdə agentlik bu ilin iki ayında 1304 nəfəri peşə hazırlığına cəlb edib.