Xəbər Lenti
1-06-2026, 19:36
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
22 Ock 21:00Cəmiyyət
AQTİ Naxçıvanda fəaliyyət göstərəcək laboratoriya üçün vakant vəzifələr üzrə müsabiqə elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərəcək AQTİ laboratoriyasına entomoloq, fitohelmintoloq, herboloq, virusoloq, mikoloq, bakterioloq, molekulyar bioloq, laborant, keyfiyyətə nəzarət üzrə mütəxəssis və kimyaçı vakansiyaları üzrə kadrlara ehtiyac var.
Müvafiq ixtisasa sahib, Naxçıvan MR-da yaşayan, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əməkhaqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
İşə qəbul müsahibə əsasında aparılacaq. Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini mövzu yerinə "AQTİ – Naxçıvan" yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilib müsahibəyə dəvət olunacaqlar.