Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

25 Ağu 06:47Dünya

Nigerdəki xunta iki ölkənin ordusuna müharibə olacağı təqdirdə yardım etməyə icazə verib

 



Nigerdəki xunta Burkina-Faso və Mali silahlı qüvvələrinə ölkənin ərazisi başqa dövlətlər tərəfindən hücuma məruz qalacağı təqdirdə hərbi müdaxilə etməyə icazə verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə üç ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilib.

Bəyanatda bildirilib ki, müvafiq əmrləri xuntanın lideri general Əbdürrəhman Çiani imzalayıb.

“Burkina Faso və Mali nazirləri ... Niger xalqına qarşı müharibə elanı kimi qiymətləndiriləcək silahlı müdaxiləni tanımadıqlarını bir daha təsdiq etdilər”, - sənəddə diqqətə çatdırılıb.

Xatırladaq ki, Mali və Burkina-Faso əvvəldən çevrilişi dəstəkləyib və hərbi müdaxilənin onlar tərəfindən müharibə elanı kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.