200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər

Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var.
Belə ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə “dasaran.am” saytının təsisçisi Suren Aloyan ilə əlbir olaraq, eləcə də, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları K.P. və A.A.-nın yardımı ilə satınalma sənədlərinə yanlış məlumatlar daxil edərək, dövlətdən 106,3 milyon dram (270 min dollar) oğurluq edib.
Qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.























































