Menu
Xəbər Lenti
Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

26 Eyl 16:58Dünya

ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı

ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı

ABŞ Ermənistana 11,5 milyon dollar məbləğində humanitar yardım ayırıb.
Bunu Gorusda səfərdə olan USIAD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer jurnalistlərə açıqlamasında deyib. 
O, həmçinin Baydenin tapşırığı ilə burada (Zəngəzur - red.) olduğunu vurğulayıb. 
"Mən Prezident Baydenin tapşırığı ilə Ermənistan hakimiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə söhbət etmək üçün buraya gəldim. Bizim mülki şəxslərlə də danışmağımız vacibdir. Qarabağdan Ermənistana gələnlərin ehtiyaclarını nəzərə alaraq bildirirəm ki, ABŞ hökuməti humanitar yardım üçün  Ermənistana 11,5 ABŞ dollar ayırır", - o əlavə edib.