Xəbər Lenti
Dün, 18:04
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
7-12-2025, 07:44
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
7-12-2025, 07:39
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
7-12-2025, 07:35
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
13 Ekm 11:25Dünya
Yüzlərlə iordaniyalı İsrail sərhədinə doğru yürüş edir

Oktyabrın 7-də səhər saatlarındaHƏMAS-ın başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq 7 gündür Qəzzada İsrail ilə Fələstin arasında qanlı qarşıdurmalar davam edir.
Hadisələr fonunda yüzlərlə iordaniyalı İsrailin hədəfi olan fələstinlilərə dəstək üçün küçələrə çıxıb. Əllərində Fələstin bayraqları ilə nəqliyyatın hərəkətinə maneə olan yerli əhali magistral yolda İsrail sərhədinə doğru irəlilədiyi görülüb.
İordaniya Kralı II Abdullah "Hazırda Fələstin ərazilərində baş verən təhlükəli zorakılıq aktları və hücumlar sübut edir ki, bölgəmiz təhlükəsizlik və sabitliyə ancaq iki dövlətli həll əsasında hərtərəfli, ədalətli sülhlə nail ola bilər", - deyə açıqlama verib.






















































