Xəbər Lenti
Dün, 15:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 17:09
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 16:06
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 09:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 09:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 09:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 08:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 08:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 08:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
9-05-2026, 19:04
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 16:30
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 15:51
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
24 Ara 18:08Dünya
Özbəkistanda administrativ islahatlara start verilib
Özbəkistanda icra hakimiyyəti orqanlarının, o cümlədən rəhbər heyətin təxminən üçdəbiri ixtisar ediləcək.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin inzibati idarəetmə orqanlarında islahatlar haqqında fərmanına əsasən, Baş nazirin müavinlərinin sayı səkkizdən dördə, hökumət strukturunda nazirliklərin sayı isə 25-dən 21-ə endiriləcək. 20 idarə tamamilə ləğv ediləcək, iqtisadiyyat və maliyyə, tikinti və mənzil-kommunal təsərrüfatı, ali təhsil, elm və investisiya, məktəbəqədər və məktəb təhsili vahid nazirliklər kimi birləşdiriləcək.
Güc strukturları – Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə struktur dəyişikliyinə məruz qalmayıb.
Şavkat Mirziyoyev ölkə parlamentinə və xalqına dekabrın 20-də etdiyi müraciətdə bildirmişdi ki, inzibati islahatlar haqqında fərman imzalayıb. Sənədə uyğun olaraq nazirlik və idarələrin sayının yarıdan çoxu - 68-dən 28-ə qədər azaldılacaq, məmurların sayı isə 30-35 faiz ixtisar ediləcək.
Özbəkistan Prezidenti dövlət aparatında çoxlu təkrarçılığa yol verildiyini, ştatların şişirildiyini, nəticədə həddən artıq çox vaxt, səy və vəsaitin sərf olunduğunu etiraf edib. Dövlət başçısı, həmçinin bildirib ki, administrativ islahatlar zamanı nazirlərin konstitusiya statusundan istifadə edərək bilavasitə Baş nazirlə işləyəcəyi sistem tətbiq olunacaq, hökumətin qərarları, mühüm sosial və iqtisadi məsələlər kollegial qaydada, nazirlərin birbaşa iştirakı ilə həll ediləcək.