Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
30 Ara 17:55Dünya
Monteneqroda hökuməti qurmaq keçmiş xarici işlər naziri Miodraq Lekiçə həvalə edilib
Monteneqroda hökumətin formalaşdırılması Prezident Milo Cukanoviçin daha əvvəl namizədliyini rədd etdiyi keçmiş xarici işlər naziri Miodraq Lekiçə həvalə olunub.
AZƏRTAC xəbər verir ki, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç hökuməti qurmaq mandatının serb partiyalarının namizədi M.Lekiçə verildiyini açıqlayıb. Bildirib ki, sözügedən qərar parlamentdə kifayət qədər dəstəyi olan Baş nazir namizədinin prezident tərəfindən qəbul edilmədiyi təqdirdə səlahiyyətin parlamentə keçməsinə imkan verən yeni qanunvericilik əsasında qəbul olunub.
Monteneqro Prezidenti Milo Cukanoviç deyib ki, M.Lekiçə hökumət qurmaq mandatının verilməsi ilə bağlı yeni təklif konstitusiyaya ziddir: “Mən Monteneqro konstitusiyasına zidd olan qanunun icrasında iştirak etmək niyyətində deyiləm”.
M.Cukanoviç dürüst, prinsipial, əhatəli və demokratik standartlara əsaslanan siyasi dialoqa hər zaman açıq olduğunu bildirib.
Qeyd edək ki, Monteneqroda yeni hökumətin qurulması prosesi siyasi böhrana çevrilib. Milo Cukanoviç parlamentin qəbul etdiyi və hökuməti formalaşdırmaq üçün prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması məqsədi daşıyan qanunu imzalayıb, hökumətin qurulması ilə bağlı müzakirələrdə iştirak etməyəcəyini və namizədin təyin olunması səlahiyyətini parlamentin üzərinə götürəcəyini deyib.
Monteneqroda Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılıb.