Xəbər Lenti
Bugün, 13:37
“İsrail-Azərbaycan Şah-Dağ təşkilatı” Birləşmiş Ərəb Əmirliklərində nümayəndəliyinin rəhbəri təyin etdi
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
16-04-2024, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
16-04-2024, 09:05
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
08 Ağu 07:03Dünya
Ağ Ev Konqresdən Ukrayna üçün əlavə vəsait istəməyi planlaşdırır
ABŞ administrasiyası payızda Konqresə təqdim edilməsi planlaşdırılan Ukraynaya yeni yardım paketi üzərində işləyir.
Bu barədə “CNN” ABŞ ordusunun komandanı Kristin Vormutun tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buşa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, administrasiya Konqresin payızda nəzərdən keçirəcəyi paket üzərində işləyir:
“İnanıram ki, biz öz mövqeyimizi açıqlayacağıq və ümid edirəm ki, əlavə maliyyə, xüsusən də Ukraynaya dəstək üçün istehsal və sursatların alınması üçün Konqresdən dəstək alacağıq. Yeni paketin təfərrüatları hələ müəyyən edilməyib”.