Menu
Xəbər Lenti
09 Ağu 16:59Dünya

İranda daha 5 nəfər edam edildi


İranda daha 5 nəfər edam edildi


İranın Şərqi Azərbaycan əyalətinin Merend şəhərində təcavüzdə təqsirli bilinən 5 məhbus edam edilib. 
Bu barədə ölkənin "Mizan" informasiya agentliyi məlumat yayıb. 
Bildirilir ki,  Merend şəhərinin İnqilab və Baş prokuroru Yusif Ziya Mehr “təcavüz” ittihamı ilə edam cəzasına məhkum edilmiş 5 nəfərin edam edildiyini açıqlayıb.
Sözügedən şəxslərin 2022-ci ilin may ayında bir qadının şikayəti ilə tutulduğunu bildirən Ziya Mehr, müttəhimlərin məhkəmədə cinayətlərini etiraf etdiklərini və ölüm cəzasına məhkum edildiyini bildirib.
İran prokuroru edamların məhkəmənin qərarını Ali Məhkəmənin qüvvədə saxlamasından sonra həyata keçirildiyini bildirib.