Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

31 Ağu 15:51Siyasət

Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi inkişafı ilə seçilir - Ərdoğan

Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi inkişafı ilə seçilir - Ərdoğan

Xaosun və qeyri-stabilliyin artdığı bir dönəmdə Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi inkişafı ilə seçilir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə müharibə və gərginliklərlə dolu bir coğrafiyada sabitliyi ilə seçilən ölkədir. Biz dünyanın ən strateji su yolu olan İstanbul və Çanaqqala boğazlarına sahibik. Rusiya ilə Ukrayna arasında başlayan münaqişələrdə bütün dünyanın diqqəti Qara dənizə çevrildi.


Aralıq dənizi qlobal ticarətdə oynadığı mühüm rolla yanaşı, enerji qaynaqları ilə də seçilir. Bir əsr əvvəl böyük dövlətlərin rəqabət meydanı olan bölgəmiz bu gün də eyni mübarizələrə şahidlik edir", - deyə o vurğulayıb.

Bundan əlavə, R.T.Ərdoğan bildirib ki, Türkiyə Cümhuriyyətin ikinci əsrində daha güclü bir ölkə olacaq.