Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

01 Eyl 06:55Dünya

Pentaqon Ukraynaya “hava-hava” raketlərinin tədarükünə dair müqavilə imzalayıb

 

ABŞ Ukraynaya yardım büdcəsi çərçivəsində AMRAAM raketlərinin tədarükü üçün "Raytheon Missiles and Defence" ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Dəyəri 192 milyon dollarlıq olan orta mənzilli "hava-hava" raketlərinin tədarükü ilə bağlı müqavilə 2024-cü il noyabrın 29-na qədərdir.

Bildirilir ki, 2023-cü maliyyə ili üçün Ukraynaya təhlükəsizliyə yardım paketindən bu müqavilənin icrası üçün 7,7 milyon dollar məbləğində vəsait ayrılacaq.

AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub. Amerikanın bütün hava şəraitində orta mənzilli havadan havaya idarə olunan raketidir. F-15C, F-15E, F-16, F/A-18C/D, F/A-18E/F, F-22 qırıcılarının əsas silahıdır.