Menu
Xəbər Lenti
08 Eyl 09:26Dünya

Məşhur aktyor ömürlük həbs cəzasına məhkum edildi

Məşhur aktyor ömürlük həbs cəzasına məhkum edildi

Amerikalı aktyor, 70-ci illərin şou ulduzu Denni Masterson iki qadını zorladığı üçün ömürlük həbs cəzasına məhkum edilib.
Masterson bu cəzanın ən azı 30 ilini çəkəcək. 
Məhkəmədə dinləmə zamanı heç danışmayan aktyor ən yüksək səviyyədə cəzalandırıldığı açıqlananda həyat yoldaşı ilə birlikdə göz yaşlarını saxlaya bilməyib. Masterson əvvəllər də mühakimə olunub, lakin münsiflər heyəti 2022-ci ildə onun barəsində qərar verə bilməyib. Yenidən məhkəmə araşdırması nəticəsində o, 2022-ci ilin mayında təqsirli bilinib. Cəza elan edildikdən sonra Masterson həbs edilib. Məhkəmə nəticəsində Mastersonun bu qadınlardan ikisinə təcavüz etdiyi qərara alınıb.