Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

03 Kas 09:14Gündəm

Ombudsman bu dərmanların alınmasına ayrılan vəsaitin artırılmasını təklif edib

Ombudsman bu dərmanların alınmasına ayrılan vəsaitin artırılmasını təklif edib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılmasını təklif edib.
Bu təkliflə Ombudsman Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
O bildirib ki, əhalinin, xüsusilə aztəminatlı ailələrin və həssas qrupların real ehtiyacları nəzərə alınaraq, minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının miqdarının (həcminin) artırılmasına ehtiyac var:
“Bundan başqa, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsinə, milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsinə, dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılmasına, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılması da labüddür”.
“Həmçinin sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə müyəssər olması üçün uyğunlaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrılması, eyni zamanda belə şəxslər üçün tələbata uyğun sayda müyəssər ictimai nəqliyyat vasitələrinin alınmasına dəstək verilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına, hərbi qulluqçulara real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin artırılmasına, məhkəmə qətnamələrinə əsasən dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan borcun ödənişinin təmin edilməsi məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulmasına da ehtiyac var”, - S.Əliyeva qeyd edib.