Xalq artisti Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”
Paşinyan tərəfdaşlarına Brüssel görüşündən danışıb: Vədlər, LGBT-nin təşviqi, gizli razılaşmalar
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
Qətər əmirinin həyat yoldaşı UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina etdi
Şeyxa Moza bint Nasser (Qətərin 3-cü əmiri, siyasi və ictimai xadim, Şeyx Hamad bin Xəlifə al-Taninin üç həyat yoldaşından ikincisi) UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina edib.
Bu addım Şeyxa Mozanın UNESCO ilə bağlı bəyanatından sonra atılıb. Şeyxa Moza bildirib ki, UNESCO İsrailin davam edən bombardmanlarının əsas qurbanları olan Qəzza uşaqlarının xilas edilməsi və onlara kömək göstərilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib.
Şeyxa Moza öz qərarı barədə İstanbulda keçirilən sammit zamanı açıqlama verib. O, 2003-cü ildən qlobal təhsil sahəsində BMT ilə əməkdaşlıq edir.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da işin çoxluğunu əsas gətirərək UNESCO-nun xoşməramlı səfiri vəzifəsindən imtina edib. Mehriban Əliyeva, eyni zamanda, ümid etdiyini bildirib ki, təşkilat yaxın gələcəkdə öz missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərəcək və Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəymiş zərərin qiymətləndirilməsini həyata keçirəcək.
Bu, UNESCO-nun fəaliyyətsizliyinə dair aydın bir işarə idi. Missiya, əlbəttə ki, gəlib çıxmadı. Bütün bunlar - təşkilatı fransız məişət davaları səviyyəsinə endirən deqradasiyanın nəticəsidir.