Menu
Xəbər Lenti
27 Kas 08:53Manşet / İdman

“Turan Tovuz” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib

 

“Turan Tovuz” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.

Peşəkar Futbol Liqasının məlumatına görə, Premyer Liqanın XIV turunda “Qəbələ”yə qarşı səfər görüşü tovuzluların 50-ci matçı olub.

Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu müddətdə 14 qələbə qazanıb, 12 heç-heçə edib və 24 dəfə məğlub olub. 50 qarşılaşmada 57 qol vuran komanda 71 top buraxıb.

Yalnız bir baş məşqçinin rəhbərliyi altında çıxış edən “Turan Tovuz” Ayxan Abbasovun başçılığı ilə 50-ci çempionat görüşünü keçirib. Tovuzlular evdə 24, səfərdə 26 oyuna çıxıblar. Qərblilər ölkə çempionatında 50 və daha çox matç keçirən 46-cı komandadır.

Qeyd edək ki, “Qəbələ” - “Turan Tovuz” oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.