Menu
Xəbər Lenti
12 Ara 08:51Manşet / Gündəm / Siyasət

Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir

 

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.

Oxu.Az-ın xəbərinə görə, dekabrın 12-si səhər saatlarından başlayaraq Azərbaycan ictimaiyyətinin nümayəndələri axın-axın Fəxri xiyabana gəlir, ümummilli liderin məzarını ziyarət edir, məzarı önünə tər çiçək dəstələri qoyur, ruhuna dualar oxuyurlar.

Ziyarətdə ziyalılar, ictimai xadimlər, dövlət qulluqçuları, gənclər, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn sadə vətəndaşlar iştirak edirlər.