Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

13 Ara 09:16Manşet / Siyasət

Dövlət agentliyindən Zabux kəndi ilə bağlı xoş xəbər

 

Laçında Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1 245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika, laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalamışdı.