Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

13 Ara 09:30Manşet / Siyasət

Pakistanın Dövlət Televiziyasında ümummilli lider Heydər Əliyev haqqında xüsusi reportaj yayımlanıb

 

Pakistanın Dövlət Televiziyasında (PTV World) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan xüsusi reportaj yayımlanıb.

“Report” xəbər verir ki, reportajda hər il dekabrın 12-də Azərbaycan xalqının ulu öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi vurğulanıb.

Bildirilib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun vəfatından 20 il ötür.

Reportajda qeyd olunub ki, tarix onu nadir lider, qüdrətli dövlət başçısı, dövlət quruculuğunun çətin tarixi vəzifəsini öz çiyinlərinə götürməyi bacaran əfsanəvi şəxsiyyət kimi xatırlayır.

O da diqqətə çatdırılıb ki, Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyin ideoloji zəmini kimi dünya azərbaycanlılarının həmrəyliyinə möhkəm zəmin yaradıb. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələr Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksəksürətli sosial-iqtisadi inkişaf təmin edilib, Azərbaycan beynəlxalq münasibətlərdə möhkəm mövqeyə malik ölkəyə çevrilib.