Menu
Xəbər Lenti
28 Ara 13:53Manşet / Gündəm

Azərbaycanın 2023-cü ili: Sevinc, qürur və kədərlə dolu hadisələrin FOTOLARI

 

Bir neçə gün sonra 2023-cü ili geridə qoyacağıq. İstər siyasi, istər sosial, iqtisadi, mədəni, idman sahələrində hadisələrlə zəngin il hər kəsin yaddaşında özünəməxsus iz buraxdı. 

2023-ün retrospektivini PhotoStock.Az-ın əməkdaşlarının hazırladıqları foto toplusunda izləmək imkanımız var:

Əlbəttə ki, il ərzində lentə alınan fotolar içərisində ölkə başçısının Xankəndidə çəkilən fotosunu xüsusi qeyd etmək yerinə düşər.

Belə ki, gördüyünüz bu foto dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən matç başlamazdan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaşıl meydanda topa ilk rəmzi toxunuşu zamanı çəkilib.

2023-cü ilin əvvəli isə qara tonlarla yaddaşlara həkk olundu. Fevralın ilk günlərində Türkiyədə baş vermiş, onminlərlə insanın ölümünə və 110 milyard dollarlıq ziyana səbəb olan zəlzələ tək bölgədəki deyil, planetdəki insanları da təşvişə saldı. 

Yuxarıdakı fotoda təbii fəlakətdən sonra Azərbaycanda qardaş ölkəyə toplanan yardım kampaniyası əks olunub.

Martın 2-də gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişən Azərbaycanın din xadimi Hacı Şahin Həsənlinin “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındığı gün çəkilən foto.

Aprelin 29-da Bakıda təşkil olunan “Formula-2” üzrə Azərbaycan Qran-prisində əsas yarış zamanı lentə alınan bu foto səs-küylü, həyəcan dolu məqamları yada salır. 

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilən görüş zamanı lentə alınan kadr.

Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələri ilə diqqət çəkir. Payız fəsli, oktyabr ayında isə şəhər, xüsusən də Cıdır düzü, bir başqa cür göz oxşayır.

Noyabrda paytaxtın Ziya Bünyadov prospekti, Dərnəgül bazarındakı tikinti materialları bazarında baş vermiş güclü yanğında fotoqraflarımız tərəfindən lentə alınan kadrlardan biri.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycanın iki əsirinin Ermənistanın 32 hərbçisi ilə mübadiləsi prosesi zamanı çəkilən foto.

2023-cü ilin hadisələrini əks etdirən daha çox foto burada: PhotoStock.Az

Bizimlə əlaqə saxlayın