“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Yaponiyada zəlzələdə itkin düşənlər axtarılır
Artıq dörd gündür ki zəlzələlər davam edən Yaponiyanın təbii fəlakət zonasında ən azı 51 nəfər itkin düşüb.
Fövqəladə hallar, polis və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin iştirak etdiyi ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir.
Son məlumatlara görə, Yeni il günü Yaponiyanın mərkəzində baş verən silsilə güclü zəlzələlər nəticəsində ən azı 77 nəfər ölüb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. İşikava prefekturasında zəlzələlərin törətdiyi çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını, 250-dən çox bina isə yeraltı təkanlar nəticəsində dağılıb. Eyni zamanda yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, dağıntıların faktiki miqyası daha böyük ola bilər, çünki onlar hələ də qiymətləndirilməkdədir.
Qeyd edək ki, 30 mindən çox insan təxliyə mərkəzlərində qalmağa davam edir. Zəlzələlər başlayandan sonra ilk günlərdə Yaponiyanın mərkəzi və qərbində 60 mindən çox sakin təxliyə olunmaq məcburiyyəti ilə üzləşib. 33 mindən çox ev hələ də işıqsız qalıb, internet və mobil rabitədə fasilələr yaşanır. Bəzi kəndlərdə su və yanacaqla bağlı problemlər davam edir.
Mənbə: Oxu.az






















































