Menu
Xəbər Lenti
15 Şub 07:03Manşet / Cəmiyyət

Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib

 

Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Yaqub Malik oğlu Dadaşovun üzərində bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd daraq və 30 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək müsadirə edilib.

Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Mirzəqulu Akif oğlu Əhmədovun üzərində bir ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.