Menu
Xəbər Lenti
Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:40

Yaşıd başdaşları...

09 Tem 12:27Gündəm / Kriminal

Gecəki yanğında 24-ü uşaq olmaqla, 60 nəfər təxliyə olundu - Video + Yenilənib

 

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində qeydə alınıb.

Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib.

Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirirlər.

***

Hündürmərtəbəli binada baş verən yanğın söndürülüb.

Bildirilib ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 15-ci mərtəbəsində qeydə alınıb.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla, 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.