Menu
Xəbər Lenti
03 Mrt 15:37Manşet / Siyasət

Azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə dəyişiklik edilib - SƏRƏNCAM

Azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə dəyişiklik edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Zeynal Nağdəliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini”.

2. “Anar Ələkbərov” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri”.

3. “Emin Hüseynov –” sözlərindən sonra “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi,” sözləri əlavə edilsin.

4. “Kamran Əliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri”.

5. “Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin.

6. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz edilsin.

7. “Anar Quliyev” sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri”.

8. “Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri “Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilsin.

9. “Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri” sözləri çıxarılsın.