Menu
Xəbər Lenti
30 Mrt 16:11Manşet / İqtisadiyyat

Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır - Nazir müavini

Azərbaycan qaz tədarükü ilə bağlı müxtəlif ölkələrdən müraciətlər alır - Nazir müavini

Azərbaycan xarici tərəfdaşlarının təbii qaz tələbatının maksimum təmin olunmasını hədəfləyir.

Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, müxtəlif ölkələrdən Azərbaycan qazının idxalı üçün müraciətlər daxil olur.
"Məlum olduğu kimi, biz əsasən boru xətləri vasitəsilə qaz ixrac edirik. Amma alternativ yollarla nəql üçün də işlər aparılır. Azərbaycan qazına tələb böyükdür, bu, böyük məsuliyyətdir və ölkəyə əlavə investisiyaların cəlb olunması üçün işlər aparılır", - deyə o bildirib.