Menu
Xəbər Lenti
06 Nis 13:57Manşet / Cəmiyyət

Səhiyyə Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhiyyə Nazirliyindən veirlən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

Bildirilib ki, ölkələrimiz arasında səhiyyə sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv radiologiya, transplantologiya və digər sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur.

İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafına ümid etdiyini bildirib.