Menu
Xəbər Lenti
07 Nis 14:58Manşet / Cəmiyyət / Dünya

Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST

Omikron ştammının B2 növünün sürətli yayılma qabiliyyəti var - ÜST

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi Omikron ştammı ilə əlaqələndirilir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu da göstərir ki, pandemiya hələ də bitməyib və qabaqlayıcı tədbirlər görməyə davam etməliyik.

"Omikron ştammının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir. Qapalı məkanlarda maskadan istifadə olunması önəmli faktordur. Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-dən yuxarıdır, lakin hədəfimiz bu göstəricinin 70 faizi ötməsidir. Son günlər ölkədə yoluxma və ölüm halında azalma müşahidə olunur, lakin unutmamalıyıq ki, pandemiya hələ də davam edir", - deyə H. Harmancı bildirib.