Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

18 Haz 10:02Manşet / Hadisə

Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın məbləği artırılıb

Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın məbləği artırılıb

İtkin düşmüş Hindistan vətəndaşının tapılması üçün mükafatın məbləği artırılıb.

Hindistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu barədə itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti deyib.

"Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib.

Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.
Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 25000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik.

Qaydalar və Şərtlər:

1) Zəhmət olmasa nəzərə alın ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

2) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

3) Zəhmət olmasa nəzərə alın ki, biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

4) Zəhmət olmasa nəzərə alın ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.

5) Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.

6) Zəhmət olmasa nəzərə alın ki, biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.

İstinad üçün itkin düşən şəxsin əlavədəki şəkillərinə baxa bilərsiniz".