Xəbər Lenti
21-04-2024, 09:34
Xalq artisti Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm”
20-04-2024, 13:21
Paşinyan tərəfdaşlarına Brüssel görüşündən danışıb: Vədlər, LGBT-nin təşviqi, gizli razılaşmalar
20-04-2024, 08:36
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY
20-04-2024, 08:31
Hikmət Hacıyev: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi siyasi cəsarətimizin təcəssümüdür”
20-04-2024, 08:28
Muxtar Babayev: “COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir”
Havanın küləkli olması Şabranda yanğının söndürülməsinə mane yaradır
Şabran rayonunun Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, hadisə yerində olan Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir".