Xəbər Lenti
Dün, 08:00
Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı
27-03-2024, 13:33
Şəfəq Ağacan- "Şikayət məktubu ",Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən-2-ci Hissə
27-03-2024, 08:23
Serbiya prezidenti vətəndaşlara təhlükə barədə xəbərdarlıq etdi: “Heç vaxt olmadığı qədər çətin olacaq”
26-03-2024, 15:04
Ölkəmizdə əcnəbi gənclərin iştirakı ilə "Beynəlxalq Novruz Festivalı-Azərbaycan" layihəsi keçirilib
26-03-2024, 14:26
Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”
26-03-2024, 14:09
Əliyev-Putin danışıqları: Azərbaycan-Rusiya münasibətlərini pisləşdirmək istəyənlərə mənalı cavab - TƏHLİL
Xəzər rayonunda Zəfər Günü qeyd edildi
Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Zəfər Günü ilə bağlı rayon mədəniyyət işçilərinin və məktəblilərin iştirakı ilə konsert proqramı təşkil edilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şağan Mədəniyyət Mərkəzində keçirilən tədbir hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra isə Zəfər Gününə həsr olunmuş tədbir konsert proqramı və rəqs kompozisiyaları ilə davam edib.