Menu
Xəbər Lenti
14 Kas 15:00Manşet / Cəmiyyət

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın nəticələri açıqlanıb

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın nəticələri açıqlanıb

13 noyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) kağız daşıyıcılar vasitəsilə BB vəzifə altqrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

DİM-dən bu gün verilən məlumata görə, namizədlər aşağıdakı keçid vasitəsilə imtahan nəticələri ilə tanış ola bilərlər:

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə altqrupu)

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 173 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 23 nəfər, BB3 altqrupu üzrə 34 nəfər, BB4 altqrupu üzrə 37 nəfər olmaqla, ümumilikdə 105 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 15-17 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək.