Menu
Xəbər Lenti
05 Ara 14:51Sosial

Soner Sarıkabadayı Bakıda konsert verəcək - FOTO

Dekabrın 17-si Bakıda Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayının konserti olacaq.

Oxu.Az xəbər verir ki, pop-müğənni hitləri ilə bakılı pərəstişkarlarını sevindirəcək.

Qeyd edək ki, Soner Sarıkabadayı Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz, Berkay və digər Türkiyənin məşhur müğənnilərin hitlərinin müəllifidir.

Xatırladaq ki, türkiyəli müğənni Azərbaycanın xalq artisti Röya ilə birgə ifa etdiyi “O konu” mahnısı ilə də azərbaycanlı tamaşaçılara tanışdır.