Xəbər Lenti
Bugün, 11:40
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Dün, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Dün, 08:11
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
30-12-2025, 09:27
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
29-12-2025, 08:59
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
28-12-2025, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
08 Ara 15:46Mədəniyyət
Ənənəvi İncəsənət Mərkəzində hazırlanan sənətkarlıq nümunələri “Dastan” brendi ilə təqdim olunur
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) nəzdində fəaliyyət göstərən Ənənəvi İncəsənət Mərkəzi yaranmasının 10 illiyini qeyd edir. 2012-ci ilin dekabr ayında öz qapılarını ictimaiyyətə açan mərkəz “İçərişəhər” DTMQ ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkdaşlıq nəticəsində yaradılıb.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Ənənəvi İncəsənət Mərkəzi 5 fərqli dekorativ tətbiqi sənət növündə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir. Mərkəzdə istedadlı və yaradıcı gənc rəssamlara ənənəvi sənətkarlıq növlərinin öyrədilməsi, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində təlimlər keçirilir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.
Ənənəvi İncəsənət Mərkəzinin qədim emalatxanası, tarixi və mədəni irs ustadların ilham mənbəyi olaraq qalmaqdadır. Hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.
Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu, milli ornament elementləri diqqətlə qorunub saxlanılır və zənginləşdirilir. Bu günə qədər ölkənin və onun bölgələrinin şanlı tarixinin müxtəlif dövrlərini əhatə edən sənətkarlıq nümunələrinə Şirvanşahlar dövrü, Naxçıvan, Qarabağ və Şəki Xan Sarayının ornamentləri daxil edilib. Sənətkarlıq nümunələrinin hər biri Azərbaycan xalqının zəngin və özünəməxsus tarixinə bir bələdçidir.
Hazırlanan sənətkarlıq nümunələri “Dastan” brendi ilə təqdim olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin