Menu
Xəbər Lenti
11 Ara 05:26Dünya

ABŞ-ın nümayəndə heyəti Çinə səfər edəcək

ABŞ Dövlət katibinin köməkçisi Daniel Kritenbrink və Ağ evin Milli Təhlükəsizlik Şurasının Çin üzrə baş direktoru Laura Rozenberqer dekabrın 11-dən 14-dək Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Nümayəndə heyətinin Vaşinqton və Pekin arasında “rəqabətin idarə edilməsi” və əməkdaşlıq üçün potensial sahələri, eləcə də ABŞ Dövlət katibinin 2023-cü ilin əvvəlində Çinə planlaşdırılan səfərinə hazırlıq məsələlərini müzakirə edəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin