Menu
Xəbər Lenti
11 Ara 05:34Mədəniyyət

Van Damm Ukraynaya gedib - FOTO

Amerikalı aktyor Jan-Klod Van Damm Ukraynanın qərbindəki Ujqorodda klinikaya baş çəkib.

Van Damm Ukraynaya səfərini rəsmən açıqlamayıb.

Ujqorod Regional Neyrocərrahiyyə və Nevrologiya Kliniki Mərkəzinin həkimi Mixail Yerşov sosial şəbəkədə Van Dammla birgə fotosunu dərc edəndən sonra aktyorun Ukraynaya səfər etdiyi məlum olub.

Aktyorun klinikaya getməsinin səbəbləri məlum olsa da, Van Dammın özünün xahişi ilə detallar açıqlanmır.

Ukrayna Televiziya Xəbər Xidmətinin məlumatına görə, Hollivud aktyorunun gəlişi müəyyən sağlamlıq problemləri ilə bağlıdır.