Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

11 Ara 18:26Cəmiyyət

Goranboyda iki avtomobilin toqquşması nəticəsində ölən və yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Goranboyda iki avtomobilin toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, VAZ-21099 və “Geely” markalı avtomobil toqquşması zamanı Samux rayonu Sərkar kənd sakini 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu dünyasını dəyişib.

Xəsarət alanlar Samux rayon sakinləri VAZ-21099 sürücüsü 1966-cı il təvəllüdlü Dünyamalı Məmmədov Ələs oğlu, 1984 -cü il təvəllüdlü Rəhimli İlhamə Albert qızı, 2005-ci il təvəllüdlü Rəhimli Bibixanım Pərviz qızı, Goranboy sakinləri 1977-ci il təvəllüdlü İlqar Zeynalov, 1982-ci il təvəllüdlü Günel Zeynalova, 2008-ci il təvəllüdlü Nizami Qəribov, 2006-ci il təvəllüdlü Aysu Zeynalova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılar əvvəlcə Goranboy mərkəzi xəstəxanasına yerləşdirilib. Sonrada Gəncə yerləşən xəstəxanaların birinə aparılıblar.

15:32

Goranboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21099” və “Geely” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar