Menu
Xəbər Lenti
11 Ara 18:27Cəmiyyət

Bakıda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.