Menu
Xəbər Lenti
23 Ara 13:10Mədəniyyət

Əməkdar artist infarkt keçirdi

Əməkdar artist Vahid Əliyev infarkt keçirib.

Bununla bağlı Bizim.Media-ya 70 yaşlı Əməkdar artistin həyat yoldaşı Tamilla Əliyeva deyib.

“Ötən gecə Vahid müəllimin gözlənilmədən vəziyyəti ağırlaşdı. Məlum oldu ki, o, infarkt keçirib. Dərhal təcili tibbi yardıma zəng vurdum. O, ilkin müdaxilədən sonra klinikaların birində angioqrafiya olundu. Hazırda vəziyyəti ağır olaraq qalır”, - deyə o bildirib.

Tamilla xanım qeyd edib ki, həyat yoldaşı yaxın günlərdə ürək əməliyyatı keçirəcək:

“Səhər saatlarında müayinələrdən keçmək üçün onu klinikaya apardım. Bütün analizləri yoxlanıldı. Həkimlər mənə söylədilər ki, o, hələ 10 gün xəstəxanada qalacaq. Qanı durulmalıdır ki, bundan sonra onu əməliyyata götürsünlər. Yalnız bundan sonra o, ürəyindən əməliyyat olunacaq”.