Menu
Xəbər Lenti
23 Ara 14:08Dünya

Aleksandr Novak: Gələn il neftin qiyməti 70-100 dollar arasında dəyişəcək

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə neftin barelinin qiymətinin 70-100 dollar arasında dəyişəcəyini, lakin lokal qıtlıqlar səbəbindən vaxtaşırı qiymət sıçrayışlarının da ola biləcəyini ehtimal edir.

AZƏRTAC xəbər verir ki, Aleksandr Novak bu barədə Rossiya-24 telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda “Brent” markalı neftin qiyməti dünya bazarındakı real vəziyyəti əks etdirir.

Baş nazirin müavini OPEC+ təşkilatının noyabr ayından etibarən hasilatı sutkada 2 milyon barel azaltmaq barədə qərarı sayəsində neft bazarının sabitləşdiyini bildirib.