Menu
Xəbər Lenti
25 Ara 05:56Dünya

İtaliyanın sabiq xarici işlər naziri vəfat edib

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

Bu ilin yanvarından İtaliya Dövlət Şurasının sədri vəzifəsində çalışan Frattini 2002-2004-cü illərdə xarici işlər naziri, 2008-2011-ci illərdə isə Silvio Berluskoninin rəhbərliyi altında hökumətdə fəaliyyət göstərib. Həmçinin Frattini dövlət idarəçiliyi naziri və Avropa Komissiyası sədrinin müavini olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır