Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

05 Ock 23:34Cəmiyyət

2025-ci ilin sonunadək ölkədə 17 regional DOST Mərkəzi istifadəyə veriləcək

2025-ci ilin sonunadək ölkədə 17 regional DOST Mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2022-ci ilin yekunları ilə bağlı hesabat konfransında deyib.

F.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən 5 saylı Bakı DOST Mərkəzi ilə paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub. Həmçinin işğaldan azad edilən ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Cari ilin may ayında Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Həmçinin Gəncə, Sumqayıt, Quba, Sabirabad, Masallı, Şəki, Şamaxı, Ucar, Naxçıvan, Bərdə, Cəbrayıl və Şuşada DOST mərkəzlərinin açılması nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə "SMART DOST" məntəqələri təşkil olunacaq.