Xəbər Lenti
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
16-04-2024, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
16-04-2024, 09:05
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
15-04-2024, 11:04
Fədakar alim, xeyirxah insan, qayğıkeş ana, çox hörmətli akademikimiz Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
15-04-2024, 09:44
Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb
15-04-2024, 09:39
KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
15-04-2024, 08:48
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək
20 Ock 04:08Dünya
Polşa Prezidenti Avstriyanı Avropanın birliyini pozmaqda tənqid edib
Polşanın dövlət başçısı Andrjey Duda Avstriyanın xarici işlər naziri Aleksander Şallenberqi Rusiyaya qarşı Aİ sanksiyalarını yumşaltmaq üçün çağırış etdiyinə və bununla da Avropanın birliyini pozmaqda tənqid edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Polşanın PAP agentliyi yayıb. Məlumata görə, A.Şallenberq fransız həmkarı Ketrin Kolonna ilə görüşündə rəsmi Moskvaya qarşı sanksiyaları yumşaltmağa çağırıb. “Bu cür çağırışları eşitdiyimə görə təəssüflənirəm, çünki bunu Aİ üzvü olan bir ölkənin siyasətçisinin dediyini nəzərə alsaq, şübhəsiz ki, mən bu sözləri Avropanın birliyini pozmaq kimi qiymətləndirirəm”, - deyə A.Duda Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş mətbuat konfransında bildirib. Polşa Prezidenti tökülən qanları nəzərə almadan bizneslə məşğul olmaqda maraqlı olanları tənqid edib.
Qeyd edək ki, Avstriyanın xarici işlər naziri yanvarın 16-da Parisdə fransız həmkarı ilə görüşdə Rusiyanın xarici işlər naziri Serqey Lavrovun ATƏT Nazirlər Şurasının illik toplantısına dəvət edilməməsini tənqid edib, ATƏT-i Rusiyaya qarşı tənqidlərin səsləndirilə biləcəyi platforma kimi yüksək çinli rus diplomatlar üçün açıq olmasını söyləyib. Eyni zamanda Rusiya vətəndaşlarına qarşı viza qadağalarının da aradan qaldırılmalı olduğunu ifadə edib. Ukraynada hərbi əməliyyatlar başlayandan bu ölkəni dəstəkləyənlər sırasında öndə gedən Polşa Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarıdır.