Menu
Xəbər Lenti
31 Ock 02:47Dünya

“SpaceX”: Nigeriya “Starlink” internet şəbəkəsinə qoşulub

SpaceX” şirkəti Nigeriyanın “Starlink” internet xidmətlərinə çıxışını təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin tviter hesabında məlumat verilib.

Bildirilir ki, Nigeriya Afrika qitəsində şirkətin xidmətlərindən istifadə edən ilk ölkə olub.

Xatırladaq ki, “SpaceX” şirkəti 3200-dən çox “Starlink” peykini 2019-cu ilin may ayından etibarən orbitə çıxarıb.