Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

31 Ock 16:02Cəmiyyət

Yasamal rayonunda marketdə saxta spirtli içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Yasamal rayonu, M.Xiyabani küçəsi, 33 ünvanında fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə yoxlama aparılıb.

Yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd − 2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı − spirtli içki aşkar edilib. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərinin mövcud olmadığı müəyyən edilib.

Müayinələrin aparılması məqsədilə həmin məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkoqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxardılıb. Araşdırmalar davam etdirilir.