Menu
Xəbər Lenti
24 Ock 20:00Hadisə

Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əməkhaqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.