Menu
Xəbər Lenti
03 Mrt 17:53Siyasət

İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri martın 3-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.