Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

30 Ağu 07:06Hadisə

Giləzi-Xızı yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb


 



Bu gecə leysan xarakterli yağışlar nəticəsində respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirərək avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.