Menu
Xəbər Lenti
05 Eyl 06:43Hadisə

MN: Ermənistan silahlı qüvvələrinin mövqeləri atəşə tutulmayıb

 

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə "Report"a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd edilib.