Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

10 Eyl 08:10Manşet / Gündəm / Cəmiyyət

ŞAMİL MƏMMƏDƏLİOĞLU – 60

ŞAMİL MƏMMƏDƏLİOĞLU – 60

İllərin dostu, AJB-nin üzvü, "Ulu səs" qəzeti və "UlusesTV.az" xəbər portalının baş redaktoru Şamil Məmmədəli oğlu Cəfərovu dünyaya gəldiyi gün (10 sentyabr), ömür təqviminin 60 illik yubileyi münasibətilə könül ziyarəti məqamında ithaf çələngimlə qutlayır, ona həyat və fəaliyyətində uğurlar diləyirəm.

Ömür təqviminin əzəl günündə
Gur yansın adına qoy şamlar, Şamil!
Mübarək, müjdəli özəl günündə
Şəninə şeirlə alqışlar Şamil!

Yaddaş aynandakı kədər, sevincə
Boyanır, boylanır xəyal-düşüncə...
Masallı elində altmış il öncə
Gəlişin ulduztək sayrışır, Şamil!..

Dürüstlük təməldir halal ocağa,
Məramın, məqamın bənzər çırağa.
Şəcərən bağlıdır şanlı sorağa,
Adına əməlin yaraşır, Şamil!

✍️ Tapdıq ƏLİBƏYLİ
ŞAMİL MƏMMƏDƏLİOĞLU – 60ŞAMİL MƏMMƏDƏLİOĞLU – 60