Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

28 Ara 14:00Manşet / Gündəm

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

 

2023-cü ilin bitməsinə sayılı günlər qalmış Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib. 

“Gülüstan” sarayında təşkil edilən bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar.

Uşaqlar şənliyin keçirildiyi saraya onlar üçün ayrılmış avtobuslarla gəliblər.

Bayram ovqatı ilə bəzədilən şənlik məkanında balacaları nağıl qəhrəmanları qarşılayıblar. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

Bayram şənliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Uşaqlara təqdim edilən Yeni il səhnəciyi dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyrin şərə qalib gəlməsi üzərində qurulub. Tamaşada müxtəlif nağıl qəhrəmanları ilə yanaşı qarşıdan gələn 2024-cü ilin rəmzi olan Əjdaha obrazı da canlandırılıb.  

Yeni il ovqatlı sarayda rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər. 

Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların qarşısında xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Manana və digər incəsənət xadimləri, o cümlədən Aysel Teymurzadə, Elnur Məmmədov, Günay İbrahimli, Murad Arif, Zamiq  Hüseynov çıxış ediblər.  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.

İki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Bizimlə əlaqə saxlayın